Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb. Trend-in məlumatına görə, V.Putin qeyd edib ki, Rusiya və Türkiyə son vaxtlar dünyada, o cümlədən Suriyada böhranın aradan qaldırılması üçün fəal işləyirlər. RF prezidenti bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr bərpa olunur. R.T.Ərdoğan isə öz növbəsində deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın əsas elementləri müdafiə sənayesi və energetikadır.