ATƏT-in Minsk qrupunun həmsədrləri martın 27-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. İnformasiyaya əsasən, həmsədrlər həmin gün Yerevana da səfər edəcəklər. ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) martın 11-də Azərbaycanda rəsmi görüşlər keçirəcək.
Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti deyib ki, həmsədrlər bu dəfə logistika və gündəliyin tərtib edilməsində problemlər olduğundan Azərbaycan və Ermənistana müxtəlif vaxtlarda səfər edəcəklər.