Fevral ayı ərzində 1 368 831 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 1,048 ədəd PHS, 31 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 131 nəfər inzibati heyət iştirak edir. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 396 984 456 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 756 894-dür.
Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib. Fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.