Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan 5-i evə buraxıldı

12:14 - 10 Mart 2017 - Xəbər

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda “Ford” markalı mikroavtobusun ağır qəzaya uğraması nəticəsində xəsarət alan xəstələrdən 5-i bu gün səhər evə buraxılıb. Ucnoqta.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 14 yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb. Hazırda xəstəxanada 9 yaralı müalicəsini davam etdirir.
Bakı şəhər Kliniki Tibbi Mərkəzində müalicə olunan üç nəfərin vəziyyəti isə ağırdır.
Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Xəbər xətti