Hər gün 10-larla piyada bu prospektdə həyatını təhlükəyə atır- FOTOLAR

14:53 - 9 Mart 2017 - Xəbər

Bura Ziya Bünyadov prospektinin "Koroğlu" metrostansiyası yaxınlığındakı körpünün üstünə çıxan yoldur. Hansı ki, Bakı Nəqliyyat Agentliyi (BNA) bir müddət əvvəl həmin ərazidə qəsəbələrdən gələn avtobuslar üçün dayanacaq istifadəyə verdi. Amma təəssüf ki, BNA yetkililəri fikirləşmədilər ki, qəsəbələrdən gələn sakinlər prospektin o birisi üzünə - 20 Yanvar, Beynəlxalq Avtovağzala - gedən insanlar yolu necə keçəcəklər. Demək olar ki, hər gün 10-larla insan həyatını təhlükəyə atıb prospekti keçir. Yolun hər iki tərəfində dayanacaq olsa da avtomobillərin intensiv hərəkət etdiyi prospektdə heç bir piyada keçidi yoxdur. Aşağıdakı fotolardan da bunu aydın görmək olar: 


Xəbər xətti