Daim müxtəlif sosial və mədəni aksiyaların reallaşdırılmasına dəstək verən “Berqa” bu dəfə 8 mart münasibətilə Dövlət Yol Polisi ilə birgə xanım sürücüləri sevindirib. Yol Polisinin rəhbər heyəti və “Berqa” markasının nümayəndələri qadın sürücülərə bu markaya məxsus hədiyyə dəsti, “Azərsun” istehsalı olan məhsullardan ibarət hədiyyə paketi və müxtəlif hədiyyə kartları təqdim edib. Ümumilikdə 100-dən artıq hədiyyə təqdim olunub ki, bu da xanımlar tərəfindən sevinclə qarşılanıb. Son zamanların ən sevilən çay markalarından olan nəfis berqamot ətirli “Berqa” çayı istehlakçıların rəğbətini qazanaraq bazarın aparıcı markalarından birinə çevrilib. Qeyd edək ki, adıçəkilən marka Beynəlxalq Qadınlar Gününə həsr olunmuş digər tədbir və aksiyalarda da yaxından iştirak edərək xanımların bu bayramı yüksək səviyyədə qeyd etməsinə öz töhfəsini verib.