Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb. Belə ki, rayonun Alar kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Quliyev tapança ilə özünü güllələyərək intihar edib.
"Report"un əldə etdiyi məlumata görə, T.Quliyev şəkər xəstəsi imiş. Bir müddət əvvəl onun ayaqlarından biri amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.