Ağdamda partlamamış hərbi sursatlar aşkarlanıb - FOTO

11:02 - 24 Fevral 2017 - HADİSƏ

Ağdam rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, rayounun Mirəşirli kənd sakini tərəfindən aşkar olunmuş 2 ədəd partlamış hərbi sursata (PQ-7 raketinin mühərriki) baxış keçirilib, qalıqlar götürülüb. Ümumilikdə agentlik tərəfindən 01 yanvar – 23 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 61 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 962 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 3 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 477 553 kv.m ərazi (232 703 kv.m ərazi əl ilə, 109 300 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə və 22 550 kv.m ərazi isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.


Xəbər xətti