Ukraynada Azərbaycan əsilli sürücü bir neçə avtomobilin toqquşması ilə nəticələnmiş qəza törədib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Kiyevin mərkəzində, "Xalqlar dostluğu" paytaxt bulvarı ərazisində qeydə alınıb. Belə ki, hələlik adı və soyadı açıqlanmayan sürücü yüksək sürətlə idarə etdiyi "BMW" markalı avtomobilinə idarəetməni itirdiyindən nəqliyyat vasitəsi "Dacia" markalı avtomobilə çırpılıb. Avtomobil daha sonra qarşıdan gələn "Lanos" və "Citroеn" avtomobillərin yoluna çıxaraq həmin nəqliyyat vasitələri ilə toqquşub. Qəzanı törətmiş sürücünün sərxoş olduğu bildirilir. Hadisə zamanı bir nəfər xəsarət alıb.