Salyanda 3 otaqlı ev yanıb

09:39 - 4 Yanvar 2017 - HADİSƏ

Salyanda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, rayonun Yeni Uluxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti