Qəzaya uğramış "Tu-154" təyyarəsinin "qara qutu"su tapıldı

11:43 - 27 Dekabr 2016 - HADİSƏ

Dalğıclar Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə qəzaya uğramış "Tu-154" təyyarəsinin "qara qutu"sunu tapıblar.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Təyyarənin kabinəsinin altında axtarış işlərinin gedişatında bir qara yeşik aşkar edilib. Yaxın vaxtlarda o sudan çıxarılacaq", - deyə mənbə bildirib.
Mənbə həmçinin bildirib ki, həlak olmuş 3 şəxsin cəsədi və böyük miqdarda cəsəd qalıqları da qəzanın baş verdiyi ərazidə aşkar edilib.

Xəbər xətti