Bağlanmış 10 bankın əmanətçilərinə 623,736 mln. manat kompensasiya ödənilib

11:07 - 27 Oktyabr 2016 - İQTİSADİYYAT

 Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. ADİF-dən verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 623,736 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 34,582 mln. manat, “Zaminbank” ASC - 51,026 mln. manat, “Kredobank” ASC - 26,136 mln. manat, “Dekabank” ASC - 2,858 mln. manat, “Atrabank” ASC - 14,14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,978 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 348,048 mln. manat kompensasiya alıblar. 

Xəbər xətti