Sabirabadda ağır yol qəzası: 1 ölü, 11 yaralı - SİYAHI

11:11 - 11 Oktyabr 2016 - HADİSƏ

Sabirabad rayonunda məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.

Avtosfer.az xəbər verir ki, qəza zamanı bir şagird - 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu ölüb.
Bundan başqa, beşi məktəbli olmaqla ümumilikdə 11 nəfər yaralanıb.
Xəsarət alanların əksəriyyətinin adı məlumdur:
9 yaşlı Ağamirzə Mehman oğlu Ağayev;
11 yaşlı Mirzə Samir oğlu Niftiyev;
12 yaşlı Vüsal Murad oğlu Əliyev;
16 yaşlı Şəmsiyyə Qənibət qızı Həziyeva;
17 yaşlı Rəhman Əziz oğlu Mirzəyev;
36 yaşlı Aybəniz Bəxtiyar qızı Gülmməmmədova;
36 yaşlı İlham Qənibət oğlu Hacıyev;
52 yaşlı Vahid Bədirxan oğlu Balakişiyev.

**

Sabirabad rayonunun Bulaqlı kəndində ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarında həmin ərazidə yük maşını ilə sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu ölüb, 11 nəfər yaralanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti