Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi "Bank Standard" QSC müflis elan edilib. Bu barədə "Report"a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib. Bildirilib ki, bununla bağlı qərarı oktyabrın 4-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib. Qərara əsasən, ADİF Bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.