Samir Şərifov BVF və Dünya Bankının İllik Toplantısında iştirak edəcək

11:44 - 6 Oktyabr 2016 - İQTİSADİYYAT

6-9 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Toplantıda Azərbaycanı maliyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağrışlarla bağlı müzakirələr aparılacaq.

Xəbər xətti