Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
AMB-dən "Report"a verilən məlumata görə, hərracda kommersiya banklarından 50 mln. cəlb edilib.
Tələb isə bundan 42% çox - 71 mln. manat təkil edib.
Hərrac nəticəsində bağlanmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 14,5% olub.