Bu ilin avqust ayında vergi orqanlarına 6 503 müraciət daxil olub. Bu barədə Vergilər Nazirliyindən bildirilib. Məlumata görə, bunlardan 94%-i ərizə, 5,8%-i şikayət, 0,2%-isə təklif olub.
Müraciətlərin 37,9%-i müxtəlif arayışların alınması, 29,3%-i kameral vergi yoxlamaları, 6,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,9%-i səyyar vergi yoxlamaları, 1,1%-i qəbulla bağlı, 1,3%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,5%-i işlə təmin edilməklə bağlı, 0,6%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 16,1%-i digər məsələlərlə bağlı edilib.
Bütün müraciətlərə vaxtında baxılıb və onların 62,6%-i müsbət həll olunub. Ay ərzində vergi orqanlarında ümumilikdə 303 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.