Cümə axşamı İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Makasar şəhər hava limanına qəza enişi edib.
Bu barədə "Detik" xəbər portalı məlumat yayıb.
İnsident nəticəsində xəsarət alan olmayıb.
İlkin məlumata görə, Ambon şəhərindən havaya qalxdıqdan təqribən 30 dəqiqə sonra "Boeing-737" laynerinin mühərriki dayanıb. Komandir yaxınlıqdakı hava limanına təcili eniş etmək barədə qərar qəbul edib.
Hazırda göyərtədə olan bütün sərnişinlər sağ-salamat təyyarəni tərk edib. İnsidentin araşdırılmasına başlanıb.