Əlil avtomobili yük maşınına çırpıldı: Ölən var

12:05 - 21 Sentyabr 2016 - HADİSƏ

Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Mingəçevir-Bəhramtəpə yolunun 69-cu kilometrliyində Qarabağ əlilinə məxsus “Naz Lifan” “MAZ” markalı yük maşınına çırpılıb. 

Nəticədə minik avtomobilində olan şəxslərdən biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti