Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Biləsuvar şəhəri ərazisində “VAZ 2107” markalı minik avtomobilinin yük yerində aksiz markası ilə markalanmayan müxtəlif markalı cəmi 9600 ədəd siqaret aşkar edərək götürüb. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məluata görə, əməliyyat adıçəkilən şöbəyə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan əldə edilməsi, idxal edilməsi və satış məqsədilə daşınması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.