Venesuelanın "Truxilyanos" futbol klubunun avtobusu qarət məqsədi ilə silahlı şəxslərin hücumuna məruz qalıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.
İnsident bazar ertəsi Boka de Uçire şəhəri ərazisində, komanda "Manqas"la ölkə çempionatı oyununa gedərkən baş verib. Altı silahlı kişi avtobusu dayandıraraq bir neçə km. onunla gedib və bütün qiymətli əşyaları – idman ləvazimatları, formaları, videokameralar, noutbuklar və s. özləri ilə götürüblər.
Qarətçilər futbolçları 2 saatdan çox saxlayıblar.