Yasamalda 16 mərtəbəli binada yanğın

12:15 - 19 Sentyabr 2016 - HADİSƏ

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan 2 otaqlı mənzilin hamamının yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Mənizlin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti