Avtobus qəzaya düşdü - Bakıda

11:59 - 19 Sentyabr 2016 - HADİSƏ

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində Bakıxanov körpüsünün üstündə “VAZ-2107” markalı, 90 NF 424 dövlət qeydiyyat nişanlı avtomobillə “Daewoo” markalı 10 TF 478 nömrə nişanlı sərnişin avtobusu toqquşub. 

Nəticədə ağır xəsarət alan 57 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Xəbər xətti