Şadlıq sarayının sahibi qəza törədib - Qaxda

11:38 - 19 Sentyabr 2016 - HADİSƏ

Qaxda şadlıq sarayının sahibi qəza törədib. Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”un Şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qax rayonunun mərkəzində, Şəki-Qax avtomobil yolunun 26-cı kilometrliyində baş verib.

Məlumata görə, Qax rayonunun Qıpçaq kənd sakini 1971-ci il təvəllüdlü, Araz Qürbət oğlu Məmmədov idarə etdiyi 353-XT-89 Rusiya dövlət nömrə-nişanlı “İnfiniti” markalı avtomobillə Qaxdan Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun sağ tərəfinə aşıb.
Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb və deformasiyaya uğrayıb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım maşını cəlb olunub. 
Qəza törədən sürücünün xəsarətləri yüngün olduğundan xəstəxanaya getməkdən imtina edib.
Qeyd edək ki, A.Məmmədov Qax rayonunun Qıpçaq kəndində yerləşən və öz adını daşıyan “Araz” şadlıq sarayının rəhbəridir.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti