“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Fransanın “Aviareps” şirkəti arasında yeni müqavilə imzalanıb. Bu barədə “Report” Fransa mediasına istinadən xəbər verir.
Müqavilənin şərtlərinə görə, AZAL Fransa bazarında “Aviareps”lə əməkdaşlığını davam etdirəcək.
Həmçinin tərəflər 11 ölkədə - Çin, Çexiya, Danimarka, Almaniya, Malayziya, Niderland, Norveç, İspaniya, İsveç, Türkiyə və Böyük Britaniyada əməkdaşlığı genişləndirməklə bağlı razılıq əldə ediblər. Razılığa əsasən, “Aviareps” bundan sonra da AZAL-ın bu ölkələrdə satış və marketinq siyasətini həyata keçirəcək.