"Report"un məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının V turunda "Neftçi" ilə keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Gürcü mütəxəssis oyun haqda bunları bildirib:
"İlk hissədə komandada nəsə eniş oldu. Ancaq son 20-25 dəqiqədə toparlandı. Bundan sonra qalib gəldik. "Neftçi" yaxşı komandadır və düşünürəm ki, həmin 0:8 hesablı məğlubiyyət təsadüf idi".
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Neftçi"nin yaxşı komanda olduğunu bildirdiniz. Düşünmürsünüz ki, "İnter" qola qədər oynamırdı...
- Bəli elədir. Mən fasilədə də futbolçularla bunu danışdım.
Rəqibi oyundan öncə təhlil edəndə ola bilər ki, futbolçular "Neftçi"ni düzgün qiymətləndirməmişdi?
- "Neftçi" ilə oyundan öncə 0:8 hesablı oyunu təhlil etməmişdik.
Ruslan Abışov və Nizami Hacıyevi niyə sonradan oyuna daxil etdiniz?
- Onlar sadəcə olaraq hazır deyildi. Bu gün səhər İlkin Qırtımov mənə ayağında ağrısının olduğunu dedi və bu səbəbən o da ehtiyat oyunçular skamyasında əyləşməli oldu.
Penalti epizodunu necə dəyərləndirirsiniz?
- Penalti epizodunu görməmişəm. Bu səbəbdən nəsə deyə bilmərəm.
Məğlubiyyətə baxmayaraq, "Neftçi"nin yaxşı komanda olduğunu qeyd etdiniz. Hansı keyfiyyətlərinə görə?
- Orada yaxşı futbolçular var.
Pərdisi vəziyyətdən asılı olaraq meydana buraxırsınız. Demək olar ki, ona xilasedici gözü ilə baxırsınız?
- "Qarabağ"la, "Sumqayıt"la oyunda xilasedici qollar vurub. Qarşıdakı oyunlarda onun start heyətində meydana buraxılması barədə düşünmək olar.
Rauf Əliyevin ikinci qol sevinci uzun çəkdi. Orada zədə almışdı, ya nəsə baş verdi?
- Zədə yox idi. Sadəcə uzun müddət idi qol vura bilmirdi. Bu səbəbdən bir az uzun çəkdi. Onun oyununun uzun müddətdir alınmadığını bilirdik. Sadəcə futbolçuya dəstək lazımdır və nəticəsini də gördük.