"Biz güman edirik ki, Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüş təcili iclasın çağırılması ilə nəticələnəcək və orada qərar qəbul olunacaq", - deyə "Algerie Press Service" baş katibin sözlərini sitat gətirib.
"Əlcəzairin iştirakçılara təklifi var. Tərəfdaşlarımızla aparılan məsləhətləşmələr göstərir ki, bazarın stabilləşdirilməsi zərurəti ilə bağlı razılıq var. Bu artıq nikbinlik yaradır", - deyə Barkindo əlavə edib.
Sentyabrın 26-28-i tarixlərində Əlcəzairdə Beynəlxalq Enerji Forumu keçiriləcək. İclas çərçivəsində neft ixracatçısı ölkələrinin hasilat səviyyəsinin dondurulması barədə danışıqlar aparacağı gözlənilir.