Azərbaycan Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb."Report" xəbər verir ki, atletikanın nizə atma idman növündə iştirak edən idmançımız İradə Əliyeva 42.58 metr nəticə göstərərək gümüş medala sahib olub.
Beləliklə, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb.
İdmançılarımızın əldə etdiyi medal siyahısı aşağıdakı şəkildədir:
1. Ramil Qasımov – 73kq. (Cüdo) – Qızıl
2. Bayram Mustafayev – 66 kq. (Cüdo) – Gümüş
3. Kamil Əliyev – uzunluğa tullanma (Atletika) – Gümüş
4. Yelena Çebanu – 100 m qaçış (Atletika) – Gümüş
5. Yelena Çebanu – uzunluğa tullanma (Atletika) – Gümüş
6. Raman Saleh – 100 m arxasıüstə (Üzgüçülük) – Gümüş
7. Dmitri Saleh – 100 m brass üsulu (Üzgüçülük) – Gümüş
8. Dmitri Saleh – 100 m sərbəst (Üzgüçülük) – Gümüş
9. İradə Əliyeva – nizə atma (Atletika) – Gümüş
10. Səfərov Rövşən – 81 kq. (Cüdo) – Bürünc
11. Yelena Çebanu – 200 m qaçış (Atletika) – Bürünc
Bununla da Azərbaycan idmançılarının ölkəmizə qazandırdıqları medalların sayı 11-ə (1 qızıl, 8 gümüş və 2 bürünc) çatıb və yığmamız XV Yay Paralimpiya Oyunlarının komanda hesabında 47-ci yerdə qərarlaşıb.