Azərbaycan iqtisadiyyatı zəifləyib

13:00 - 16 Sentyabr 2016 - İQTİSADİYYAT

Buna səbəb kimi tikinti sektorunda azalma göstərilir. Azərbaycanda bu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 milyard 27,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Ucnoqta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% azalması olub. 

Əlavə dəyərin 38%-i sənayedə, 11,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4%-i tikinti, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3953 manata bərabər olub.

Xəbər xətti