Gecə Sumqayıtda maraqlı olay baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində bir nəfərin barmağındakı üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər.
Əməliyyat saat 04:24-də başa çatıb.