M.əl-Qorçi Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı fikirlərində struktur islahatlarının genişləndirilməsinin əhəmiyyətini də qeyd edib. IMF rəsmisi yeni iqtisadi modelə keçiddə qəbul olunacaq qərarların şirkətlər arasında rəqabəti artırılması, biznesə başlamağın asanlaşdırılması üçün zərurətini vurğulayıb. İnsan kapitalına investisiyanın vacibliyini qeyd edən missiya rəhbəri işə qəbul və işdən çıxarılma qaydalarının da tənzimlənməsinin önəmini vurğulayıb.