Bu sözləri futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İspaniya oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior deyib.
O, qeyd edib ki, Azərbaycan millisi bəzi imkanlardan istifadə edə bilməyib: "Bugünkü oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Biz əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik”.