Bakıda sürücü sürücüyə qarşı soyğunçuluq edib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Masallı rayon sakini Vüqar Kazımov Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinə (PB) müraciət edərək rayon ərazisində “Great Wall” markalı avtomobili idarə edərkən “Kia” markalı avtomobilin sürücüsünün onu saxlatmasını, avtomobilə oturub mobil telefonunu, eynəyini və 130 manat pulunu alıb getməsini bildirib.
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mürsəl Abbasov saxlanılıb.