Traktor yanıb - Salyanda

11:26 - 15 Sentyabr 2016 - HADİSƏ

Salyanda yanğın hadisəsi qeydə alınıb. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonunda, yol istismar şirkətinə məxsus traktorun mühərrik hissəsi yanıb.

Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti