İki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb - Pakistanda

11:12 - 15 Sentyabr 2016 - HADİSƏ

Pakistanın Pəncab əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə "Report" RBK-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 150 nəfər xəsarət alıb.
İnformasiyaya görə, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.
Xilasedicilər əzilmiş qatardan 3 nəfəri çıxarıblar.
Məlumata əsasən, toqquşma nəticəsində 4 vaqon relsdən çıxıb.
Hadisənin başvermə səbəbi məlum deyil, təhqiqat aparılır.


Xəbər xətti