Hindistanın şimalında Uttarakxand ştatında avtomobilin dərəyə aşması nəticəsində ən azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Bu barədə hadisəni araşdıran ştat polisi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza çərşənbə günü Almora şəhəri yaxınlığında qeydə alınıb. Sürücü mobil telefonla danışıb və yolun çətin hissəsində avtomobilə nəzarəti itirib. Nəticədə maşın 300 metr hündürlükdən dərəyə düşüb.