Çərşənbə günü Venesuelanın mərkəzi hissəsində yerləşən Quariko ştatının həbsxanasında qumbaranın partlaması nəticəsində 1 nəfər ölüb, ən azı 22 nəfər yaralanıb.
Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
Bildirilir ki, "Los-Pinos" islah müəssisəsi dustaqlarından biri ona məxsus olan döyüş sursatını təsadüfən işə salıb.
Bütün yaralılara tibbi yardım göstərilib.
"El Universal" qəzeti hadisənin Franklin ləqəbli kriminal avtoritetin ad gününə hazırlıq zamanı qeydə alınıb.