Bakıda faciəli şəkildə ölən şəxslərdən birinin polis kapitanı olduğu məlum olub

11:43 - 14 Sentyabr 2016 - HADİSƏ

Keçən həftə Bakıda su quyusuna düşərək ölən şəxslərdən biri polis əməkdaşıdır. “Report”un əldə etdiyi məlumata görə, Sabunçu rayonunda faciəli şəkildə dünyasını dəyişən 42 yaşlı Elşad İbrahimov polis kapitanı, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində tağım komandiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Xatırladaq ki, hadisə sentyabrın 8-də baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dərinliyi təxminən 20 m olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoli Dmitriyeviçin meyitlərini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti