Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, 33 yaşlı yerli sakin Fidatəy Əhmədov qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralıya tibbi yardım göstərilib. Hadisə barədə polisə məlumat verilib. Dindirilmə zamanı Fidatəy Əhmədov özü özünü bıçaqladığını bildirib. Onun ifadəsinin nə dərəcədə doğru olduğu aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı başlanılan araşdırmalar davam edir.