Saatlı rayonunun Qazanbatan kəndində intihar hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, 1977-ci il təvəllüdlü Südabə Allahyar qızı Süleymanova həyətdə özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hələlik hadisənin səbəbi məlum deyil.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.