Bakı-Quba yolunun rayonun Çağacuğ kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Report"un Şimal bürosunun məlumatına görə, sərxoş vəziyyətdə yola çıxan rayonun Çiçi kəndində qeydiyyatda olan 1963-cü il təvəllüdlü Eldarov Güləli Teymur oğlu "Howo" markalı yük maşını tərəfindən vurulub.
Təcili tibbi yardım maşını ilə Quba Mərkəzi Rayon Xəstəxanasına aparılan xəstə qapalı kəllə-beyin travması ehtimallı, baş-beyin silkələnməsi, sol bud sümüyünün boynunun sınığı, ikinci mərhələdə travmatik şok, döş qəfəsinin əziyi, sol tərəf dördüncü qabırğanın sınığı diaqnozu ilə qəbul olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.