ABŞ Azərbaycanda kənd təsərrüfatı sektorunun iqtisadi həcminin artırılmasına köməklik göstərəcək.Trend-in məlumatına görə, ABŞ hökumətinin Azərbaycan iqtisadiyyatının şaxələnməsi, о cümlədən kənd təsərrüfatı sahəsinin inkişafı səylərinə dəstəyinin bir hissəsi olaraq, ABŞ Ticarət Departamentinin Xüsusi Amerikan Biznes Təcrübə Təlim proqramı (SABİT) Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Ümumdünya Soyuducu Anbarlar Alyansı (ÜSAA) ilə tərəfdaşlıq etməklə Azərbaycanda qida saxlanması və daşınması prosedurlarını modernləşdirməyə yardım məqsədilə mütəxəssisləri cəlb edir.
ÜSAA mütəxəssisləri tərəfindən qiymətləndirmə və onlarla məsləhətləşmə hər iki tərəf üçün faydalı olacaq, həmçinin istehsal olunan məhsulun keyfiyyətini, həcmini və effektivliyini artırmaq üçün tövsiyələrin verilməsi ilə nəticələnməklə, Azərbaycanda kənd təsərrüfatı sektorunun iqtisadi həcminin artırılmasına köməklik göstərəcək.
SABİT proqramı ABŞ Ticarət Departamenti və özəl sektorun Avrasiyada iqtisadi və vətəndaş cəmiyyətinin inkişafını bazar əsaslı islahatları təşviq etmək, ABŞ sənayesi üçün ixrac və sərmayə imkanları yaratmaqla dəstəklənməsi üçün irəli sürülmüş müştərək təşəbbüsüdür. Bu qiymətləndirmələr və seminarlar müvafıq şirkətlərə yardım və təcrübə təklif etməklə, Azərbaycanın öz iqtisadiyyatını, xüsusilə də kənd təsərrüfatı sahəsində şaxələndirmək səylərini dəstəkləyir.
Mütəxəssislər Azərbaycanda altı kənd təsərrüfatı müəssisəsinə baş çəkəcəklər. Onlar işçi heyətlə görüşərək şirkətlərin soyuducu anbarlarına qiymətləndirmə üçün baş çəkəcək, tövsiyə və təkliflərini bölüşəcəklər.
Eyni zamanda, soyuducu anbarlar və soyuducu təchizat zənciri seminarı keçiriləcək. ÜSAA mütəxəssisləri soyuducu anbarlar sahəsində qlobal tendensiyalar və ən yaxşı təcrübələri təqdim və müzakirə edəcəklər. Mütəxəssislər həmçinin soyuducu anbarlar sahəsində yeni innovasiyalar, texnologiyalar, həmçinin enerjiyə qənaət və effektivliyin optimallaşdırılması yolları barədə məlumat veriləcək.