Bu gün səhər saatlarında Şabran rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran şəhər sakini, 2000-ci il təvəllüdlü Qəhrəmanova Xoşqədəm Elxan qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Qəhrəmanovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.