Bu gün hərraca 300 milyon dollar çıxarıla bilər.
Bu gün Mərkəzi Bank hərraca həmişəkindən 5-6 dəfə artıq dollar çıxaracaq.
Fins.az xəbər verir ki, məqsəd bankların tələbatının ödənilməsi və dövriyyədə dollar kütləsinin artırılmasıdır.
Xatırladaq ki, Dövlət Neft Fondu hər həftənin 2-ci və 4-cü günləri hərrac keçirir. Bu hərracda hər dəfə 50 milyon dollar olmaqla, ümumilikdə həftə ərzində 100 milyon dollar satışa çıxarılırdı. Amma bu bankların tələbatını ödəmirdi.
Belə ki, Mərkəzi Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 6-da həyata keçirilən valyuta hərracı zamanı dollarla bağlı banklardan daxil olan sorğuların ümumi məbləği 588 milyona çatıb.
Bununla bağlı bu gün, yəni sentyabr ayının 8-də Neft Fondu 300 milyon dollar hərraca çıxaracaq.
Qeyd edək ki, hərrac “Bloomberg” platforması üzərindən Mərkəzi Bankın nəzarəti ilə həyata keçiriləcək.