ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "T-45" təyyarəsi təlim uçuşu zamanı Missisipidə, aeroport yaxınlığında yerə düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Associated Press" xəbər yayıb.
Məlumata görə, hadisə Meridian şəhəri yaxınlığında, yerli vaxtla saat 13:15-də qeydə alınıb.
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Penni Rendal bildirib ki, tələbə və təlimatçı pilot katapulta (təyyarəçini havaya tullamaq üçün xüsusi mexanizm - "Report") vasitəsilə xilas olublar. Rendalın sözlərinə görə, onlar xəstəxanaya yerləşdiriliblər və hər ikisinin həyatı üçün heç bir təhlükə yoxdur.
Qəzanın başvermə səbəbləri məlum deyil. Hərbi Hava Qüvvələri insidentlə bağlı araşdırma aparır.