Nigerdə daşqınların qurbanlarının sayı 38-ə çatıb. "RİA Novosti" xəbər verir ki, leysan yağışlar daşqınlar nəticəsində azı 38 nəfər həlak olub, ən azı 92 min insan evsiz qalıb.
Daşqınlardan ən çox ölkənin qərbindəki Taxua və Aqades rayonları zərər çəkib.
"France Press" BMT-yə istinadən xəbər verir ki, daşqınlar zamanı doqquz min ev tamamilə dağılıb. Təxminən 26 min baş mal-qara itib.
Evlərini tərk edən insanlar məktəblərdə və ictimai binalarda yerləşdirilir.