Mərkəzi Bank məzənnələr üzrə maraqlı alqoritm qurub. 17 avqustdan etibarən bəri “üzən məzənnə”də bir riyazi mexanizm nəzərə çarpır.
Fins.Az xəbər verir ki, iqtisadçı Aqil Zeynallının müşahidə etdiyi “model” isə belədir:
“Məzənnə təyin edilir və 2 gün ərzində sabit qalır. Növbəti gün 41 bənd və ya 0,25% artım baş verir. Sonra həmin məzənnə 3 gün müddətində sabit qalır.
Beləliklə, bu günə elan olunan məzənnənin 1,6403 səviyyəsində olması çox gümanki, eyni prinsiplə alınıb: 1,6362+0,0041. Əgər belə davam etsə, onda sentyabrın 8-ində məzənnə 1,6403 səviyyəsinə yüksələcək. 9-dan 15-nə kimi 1,6444, 16-sı və 19-da isə 1,6485-ə çatacaq”.
Ekspertlər ümid edirlər ki, bu, sadəcə bir təsadüfdür və müvafiq orqanlar ölkənin məzənnə siyasəti ilə bağlı ciddi şəkildə düşünməlidirlər. Yəni, söhbət devalvasiyadan getmir, devalvasiyanın necə olacağından gedir.