Rusiya və S.Ərəbistanı Çində keçirilən G-20 sammiti tədbirində neft qiymətlərinə dəstək vermək məqsədilə birgə verdikləri bəyanat neft qiymətlərində kəskin artmasına səbəb olub. "Report", "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu gün Brent markalı neftin qiyməti 5% yüksələrək 49,30 dollar/barelə çatıb.
"Report"un analitik qrupu neft qiymətlərinin sentyabrın 24-26-da Əlcəzairdə keçiriləcək OPEC-in növbədənkənar sammitinə qədər 45-55 dollar/barel diapazonunda qalacağını proqnozlaşdırır.
Qeyd edək ki, Rusiya energetika naziri Aleksandr Novak ilə S.Ərəbistanı energetika, sənaye və mineral ehtiyatlar naziri Xaled ben Abdel Aziz əl-Faleh tərəfindən imzalanan bəyanatda tərəflər birgə fəəliyyət və digər neft hasilatçıları ilə kooperasiya şəklində hərəkət edərək neft bazarında stabillik yaratmaq və uzun müddətli perspektivdə investisiyaların dayanıqlı artımına nail olunmasını təmin etmək istədiklərini bildiriblər.