Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının bugünkü qərarına əsasən, “Alfa Sığorta” ASC-nin sığorta fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilib. "Report"un Palataya istinadən verdiyi xəbərə görə, lisenziyanın ləğv olunmasına səbəb son dövrlər “Alfa Sığorta”nın maliyyə vəziyyətinin kəskin pisləşməsi, aktiv və kapitalının itirilməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması və öhdəliklərini icra etməməsi amilləri oub.

Artıq bir müddətdir ki, “Alfa Sığorta”dakı mövcud problemlərlə əlaqədar olaraq xüsusi nəzarət rejimi tətbiq edilib. Buna səbəb sığortaçının təsisçisi olan “Texnikabank”ın müflisləşməsi və bununla əlaqədar olaraq “Alfa Sığorta”nın maliyyə durumunun kritik vəziyyətə düşməsidir. Həmçinin, sığorta şirkətinin idarəetmə orqanlarının qeyri-prudensial fəaliyyəti və qeyri-sağlam sığorta təcrübəsi “Alfa Sığorta”nın maliyyə durumunun daha da pisləşməsi ilə nəticələnib.
Sığortaçının öhdəliklərini artırması və sistemə əlavə risklər ötürməsinin qarşısının alınması məqsədilə cari ilin aprelindən onun İcbari Sığorta Bürosunda üzvlüyü dayandırılıb və bütövlükdə, aktiv satışlarının qarşısı alınıb.
Palata, aprel ayının sonundan “Texnikabank”ın ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə “Alfa Sığorta”nın sığorta portfelinin satışı vasitəsi ilə sağlamlaşdırılmasına cəhd etsə də, sığortaçının yetərli likvid aktivlərlə təmin olunmuş ehtiyatlarının mövcud olmaması səbəbindən bu, mümkün olmayıb. Sığortaçıya əlavə kapital inyeksiyası olmadan onun maliyyə durumunun qanunvericiliyin tələbləri səviyyəsində bərpasının mümkün olmadığını və müflis təsisçisininsə belə imkanlarının olmamasını nəzərə alaraq, MBNP “Alfa Sığorta” ASC-nin lisenziyasını ləğv edib.
Direktorlar Şurasının qərarı ilə “Alfa Sığorta”ya təyin olunan müvəqqəti inzibatçı avqustun 26-dan vəzifələrinin icrasına başlayıb.
“Alfa Sığorta” ASC-nin bütün öhdəlikləri üzrə sorğular Bakı şəhəri, Xətai r-nu, Babək pr-ti, "Babək Plaza", Blok C ünvanında yerləşən müvəqqəti inzibatçıya göndərilə bilər.

Tarix
26 Avqust 2016 [15:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-08-26 15:27:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin