Bakıda 6 yaşlı faciəvi şəkildə öldü

17:45 - 19 Avqust 2016 - HADİSƏ

Bakıda 6 yaşlı uşaq dənizdə batıb. FHN-in saytında verilən məlumata görə,  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sola nəzarətsiz ərazidə) dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2010-cu il təvəllüdlü Fəraiz Xəraiz oğlu Mirzəyevin cəsədini sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. 

Xəbər xətti